Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsi bu dəfə Səbail rayonunda yaşayan şəhid analarına iftar süfrəsi açıb.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev məlumat verib.

Rasət Tağıyev bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsi olaraq qardaşımla birgə Səbail rayonunda yaşadığımıza görə iftar süfrəsi açdıq. Həm də AVMVİB Səbail rayon şöbəsinin sabiq sədrinin yarıtmaz fəaliyyəti nəticəsində şəhid ailələri və müharibə veteranları birliyimizdən uzaq düşdüklərinə görə belə bir addım atdıq. İnanırıq ki, yeni rəhbərlik bu neqativ halları aradan qaldıracaq. Həm də fürsətdən istifadə edərək Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm. Allah hər bir arzumuzu çin eləsin!
Nurlan Məmmədli


