AVMVİB Yardımlı rayon şöbəsi veteranlara baş çəkib

Yardımlı rayonunun Kürəkçi və Avur kəndlərində yaşayan müharibə veteranlarına Ramazan bayramı ilə əlaqədar bayram sovqatı çatdırılıb.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

Xatırladaq ki, AVMVİB Yardımlı rayon şöbəsində sədr dəyişikliyindən sonra veteranlar öz fəaliyyətlərini bərpa etməyə başlayıblar. Hər bir veteranımızın bayramını təbrik edir və yeni sədr Mayılxan Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Yardımlı

Bu xəbəri paylaşın: