Biləsuvar rayonunda şəhidin Anım mərasimi keçirilib

Biləsuvar rayonunda şəhid Qabil Niftixan oğlu Şirvanovun məzarı başında Anım mərasimi keçirilib. Mərasimdə müharibə veteranları və şəhidin yaxınları iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Şəhid Qabil Şirvanovun məzarın üzərinə gül qoyulub və ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Biləsuvar

Bu xəbəri paylaşın: