Tovuz veteranları Bərdə Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz şöbəsinin sədri, ehtiyatda olan mayor Etibar Vəliyev Bərdə rayonunda olub, Bərdə Şəhidləri Xiyabanını və qazilərimizi ziyarət edib.

Bu barədə məlumatı AVMVİB Tovuz rayon şöbəsi Mətbuat Xidmətinin rəhbəri Novruz Fəxrəddin oğlu sosial şəbəkədə paylaşıb.

Bu cür addımlar təqdirə layiqdir. Bu addım veteranların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzulan həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: