Bu gün səhər saatlarında Mülki Müqavilə partiyası və #MənimAdım təşəbbüsünün üzvü olan birinin qapısının ağzında başsız quş leşi tapılıb.
Arpi Davoyan bizimlə söhbətində dedi ki, ölmüş sərçəni anası görüb. “Dünən evə çox gec, saat 01:00 radələrində qayıtdım, orada heç nə yox idi. Səhər saat 08:20-də anam işə gedirdi, qapını açıb geri çəkildi. Orada başsız bir sərçə gördük, lələkləri qoparılmış və qapımızın astanasında bir xalçada — nə küncdə, nə də başqa yerdə deyildi» -deyə Davoyan bildirib. Onun fikrincə, bu, xəbərdarlıq, qorxutma üsuludur.
“Bu köhnə üsuldur, italyan mafiyası çərçivəsində, sonra adamlara başsız balıq göndərdilər, deyirlər, sakit davranın, indi, görünür, sərçə ilə kifayətləndilər. Şəxsən mən heç kimdən şübhələnmirəm, amma nə etdiyimi, harada olduğumu nəzərə alsaq, bunu bilmək üçün dahi olmaq lazım deyil…” -deyən Arpi Davoyan və dostlarının kampaniyasına qatılacağını əlavə edib.
Qeyd olunanlarla bağlı “Vıxod” fraksiyasının rəhbəri Nikol Paşinyan canlı efirdə deyib:
“Hər hansı bir hərəkət cavab alacaq. Bu gün aksiya təşkil edəcəyəm və başı kəsilmiş quşa cavab olaraq Şarmazanovun qapısına doğranmış «Snikers» qoyacağam.
P.S. Bizim o heyvansevərlər niyə susurlar…
Elnur Səlim
