Ukrayna paytaxtının yerləşdiyi Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülən 1202 dinc sakinin cəsədi tapılıb.
Bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebitov məlumat verib.
Onun sözlərinə görə, meyitlər məhkəmə-tibbi ekspertiza müəssisələrinə təhvil verilib.
«Hazırda 280 meyit naməlum olaraq qalır», — deyə Nebitov bildirib.
Mayın 2-nə olan məlumata görə, vilayətdə 300 nəfər itkin düşmüş hesab olunur. Bu rəqəm daha da arta bilər.
Bu xəbəri paylaşın:
