TƏBRİK: HƏTƏMOV YENİBAR ORUC OĞLU — 42

  Yüksək peşəkarlığı və humanistliyi,  nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti,   vətənpərvərliyi  və idarəçilik qabiliyyəti ilə seçilən,  ömrünün ən  məhsuldar dövrünü  hərbi xidmətdə  keçirən ehtiyatda olan polkovnik — leytenant  Hətəmov  Yenbar Oruc oğlunun  may ayının  5-  də  42 yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ cıxan  ehtiyatda olan polkovnik-leytenant Hətamov Yenibar Oruc oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik ki,  Yenibar Hətəmovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

      Polkovnik- leytenant  Hətəmov Yenibar Oruc oğlu  1980 -ci ilin  may ayının  5- də  Ermənistan Respublikasının  Spitak rayonun  Saral kəndində anadan olub.

      1994 -cü ildə Bakı şəhər Nəsimi rayonun 5 nömrəli orta məktəbin 8 –ci sinfiini , 1997 -ci ildə  Çəmşid Naxçıvanski adına hərbi liseyi, 2001- ci ildə  Heydər Əliyev Adına Azərbaycan Ali hərbi  məktəbi, 2002 -ci ildə isə Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Bas İdarəsinin  Xəzər rayonunda yerləşən hərbi məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib.  Yenibar, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarda, müvafiq kurslarda,  xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     2002- 2018 -ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gəncə şəhərində,  Nərimanov və Xətai rayonlarında yerləşən hərbi hissələrində taqım və böluk komandiri, tabor komandirinin tərbiyəvi işlər üzrə müavini,  Xüsusi  Dəstə komandirinin tərbiyəvi işlər üzrə müavini,  Birqada Komandirinin tərbiyəvi işlər üzrə müavini,  Daxili Qoşunların Bas İdarəsinin  Mənəvi- Psixoloji  Hazırlığı şöbəsində isə   baş zabit  və şöbə rəisinin müavini  vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

    Yenibar Hətəmov 2019 -cu ildən etibarən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Xəzər rayonunda yerləşən  Şaqan  Reabilitasiya mərkəzin direktor müavini vəzifəsində  işləyir.

      O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, “Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin” tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

     Polkovnk -leytenant Yenibar   Hətəmov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində,  özünü    qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə,  dost — tanış, qohum- əqrəba   arasında özünə layiq hörmət qazanmışdır .

     Qanunvericilik  ilə  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,  Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,  cinaətkarlığa qarşı mübarizədə,eyni zamanda hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini   kimi  kuratoru olduğu xidmət sahələrinin  fəalıyyətının  çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı  nümayiş etdirmiş, Dövlətin ərazi bütövlüyün təmin edilməsində isə üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən   layiqincə gəlmişdir.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında,  hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirnin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi və Çəmşid Naxçıvanski adına hərbi lisey məktəb  rəislərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlaçı döş və yubiley  nişanları ilə mükafatlandırlıb ,ona  təşəkkür elan edilib və həvəsləndirmə  qaydasında  vaxtından əvəl «kapitan « hərbi rütbəsi verilib.

       Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanılmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

1. » Qüsursuz xidmətlərə görə» 1 -ci dərəcəli  -Silahlı qüvvələrdə 20 təqvim il xidmətə görə;

2. » Qusursuz Xidmətlərə görə » 2 -ci  dərəcəli Silahlı Qüvvələrdə 15 təqvim il  xidmətə görə ;

3.»Qusursuz Xidmətə görə » 3- cü dərəcəli  — Silahlı Qüvvələrdə -10 il təqvim il xidmətə görə;

4. » Silahlı Qüvvələrin yaranmasının »    10 -illiyi  ( 1991- 2001) yubiley medalı ilə;

5. «Silahlı  Qüvvələrin yaranmasının » 90 illiyi  (1918- 2008)  yubiley medalı ilə;

6. «Silahlı  Qüvvələrin yaranmasının » 95 illiyi ( 1918 — 2013 ) yubiley  medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, YENİBAR BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: