Bayden administrasiyasının Ukraynaya gizli yardımı… — “The New York Times”

ABŞ-ın kəşfiyyat məlumatları əsasında Ukrayna tərəfi Rusiya Federasiyası ilə müharibə zamanı bir çox düşmən generalını öldürə bilib.

“The New York Times” ABŞ rəsmilərinə istinadən yazır ki, Vaşinqton Ukraynaya hərbi yardımla yanaşı, məxfi kəşfiyyat məlumatları da verməkdədir.

Nəşrin məlumatına görə, Ukrayna tərəfinə rus qoşunlarının mümkün hərəkəti barədə də məlumat verilib. Jurnalistlərin fikrincə, ABŞ sadəcə Rusiyanın ali rəhbərlərinə aid kəşfiyyat məlumatları vermir.

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Amerika tərəfi Kiyevi müdafiə üçün istifadə oluna biləcək informasiya və kəşfiyyat məlumatları ilə təmin edir.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: