
Qurban Vahidov
Araşdırmaçı – analitik
“Biz tarixin iradəsi ilə Rusiya ərazisinə düşmüş erməni torpaqlarının öz doğma limanına qaytarılmasına hazır olmalıyıq. İrəvanda ölkə vətənpərvərlərinin təslim və xəyanətkar hakimiyyətə qarşı mübarizəsi getdiyi halda, ölkəmizdən kənarda da bütün postsovet məkanına böyük təsir göstərə biləcək hadisələr baş verir” – deyə ArmenianReport erməni saytının köşə yazarı Qalust Qriqoryan qeyd edir.
Qalust Qriqoryan Rusiya və Ukrayna arasındakı müharibədən danışaraq, dünyada çox məsələlərin onun nəticəsindən asılı olacağını vurğulayır.
Bu hayların xəyanətkar və satqın bir tayfa olduğunu Avropa səyyahları və Rusiyanın ictimai-siyasi xadimləri zaman-zaman yazmışdılar. Azərbaycan torpaqlarının işgalından sonra Çar Rusiya azərbaycanlıların Qafqazdan sıxışdırılması və qovulması siyasəti həyata keçirmişdir. Rusiyanın imperialist və xrisatian təəssübkeşliyi siyasəti ermənilərindən Cənubi Qafqazda dəstək yaratmaq üçün qonşu ölkələrdə yaşayan erməni əhalisini Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq bölgələrinə, keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinə köçürmüşdür. Beləliklə, tarixi Qərbi Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin təməli qoyulmuşdur. Rusiyanın hesabına bu ərazilərdə möhkəmlənən ermənilər, ağalarının zəifləməsindən istifadə edərək onun özünə qarşı ərazi iddiaları səsləndirməyə başlayıblar. Eynilə Osmanlı Türkiyəsində olduğu kimi, “etibar” qazanıb mənsəb sahibi olduqdan sonra, öz ölkələrinə xəyanət etdilər. 1915-ci ildə işğalçıların Türkiyəyə müharibə açmasından silahlı üsyan edərək dinc əhaliyə qarşı qətliam etdilər.
Erməni yazar: “Bu şərtlər altında nəsə etməliyik. Artsax, biz etiraf etməliyik ki, Rusiyanın təqsiri və ya razılığı ilə biz praktiki olaraq uduzmuşuq. Artsaxın yalnız dörddə biri bizə qaldı. Ancaq müasir Rusiya ərazisində ermənilərlə əlaqəli çoxlu ərazilər var. Bildiyiniz kimi, XVIII-XIX əsrlərdə Osmanlı İmperiyasından və İrandan qəddar qəbilələrin hökm sürdüyü tarixi Ermənistan ərazisindən bir çox ermənilər yaşamağa Rusiyaya köçüblər” qeyd edir.
Türkiyə və Azərbaycan üçün tanış metoddur, tanış taktikadır.
Ermənilər uzun zamandır qəsdən təhrif olunmuş tarixi doktrinalar yaratmaqla dünya ictimayyətinin şüuruna tarixi Azərbaycan torpaqları olan Qarabağı və Zəngəzur mahalını öz vətəni kimi saxta stereotiplər yerləşdirməyə bacardı. Təəssüf ki, tarixçiləri və antropologiya alimlərini çıxmaq şərtilə, Avropada geniş ictimayyət bu saxta bilgilərlə böyüdüklərindən özləri də bilmədən buna inandılar. İnsanın həqiqətə aparan yolunu əngəlləyən təsirləri öyrənən böyük filoloq Frensis Bekon hələ dörd yüz il bundan əvvəl İnsan səhvlərinin mənbələri haqqında nəzəriyyə yaratmışdı və bu tipli qərəzli saxta bilgiləri ”xəyalət” adlandırmışdı. Saxtakarlar yaratdığı xəyallara axırda özləri də inanırlar və bu xəyallar onların kabusuna çevrilir.
1920-ci ildə bolşeviklər tərəfindən Azərbaycan torpaqlarında yaradılan ilk dövlət, Ermənistan Respublikası ərazisindəki tarix nişanələrini axtarmaq ermənilərə heç bir şəkildə kömək edə bilmədi. Bunu görkəmli Amerikalı ermənişunas, Kolumbia Universitetinin professoru Nina Qarsoyan bildirir:
“Min ildən çox zaman keçəndən sonra ermənilər nəhayət öz tarixlərini yazmağa qalxışdılar, və onların uzaq keçmişlərindən yalnız qaranlıq və qeyri-dəqiq bir tarixi yaddaş qaldı. Arxeologiya bizi hələ də, fars hökmranlığı dövrünə aid nəinki Anadolunun hələ araşdırılmamış bölgələrində, hətta Ermənistan Respublikasının yaxşı tədqiq olunmuş bölgələrində də, izah olunmaz olsa da materialla təmin edə bilmədi ”.
Rusiya-Ukrayna müharibəsindən bəhrələnmək istəyən erməni siyasətçi:
“Əsrlər boyu İmperatorluğa yeni ilhaq edilmiş tərk edilmiş torpaqları araşdıraraq yeni şəhərlər qurdular. Ermənilərin Rusiyada əsasını qoyduğu ən məşhur yaşayış məntəqələrindən biri Stavropolun şərqindəki Budennovsk şəhəridir.
Şəhərin əsası 1799-cu ildə Qarabağdan buraya, susuz çöllərə köçən ermənilər tərəfindən sıfırdan qoyulmuşdur. Əvvəlcə Budyonnovsk ermənicə Surb-xaç (Müqəddəs Xaç) adlanırdı. Şəhərin adı Sovet marşalının şərəfinə adını yalnız 1921-ci ildə verildi” – deyə yazır.
XVII əsrin sonlarında Avropada aktivləşən ermənilər XVIII əsrin əvvəllərindən etibarən öz çoxəsrlik işğalçı arzularını reallaşdırmağı şimal dövləti ilə — Rusiya ilə bağlayır və XVIII əsr boyu bir-sıra layihələr irəli sürürlər. I Pyotr imperiyanın gələcək konturlarını düşünərək cənuba göndərilən qasidlərə belə göstəriş vermişdi: “Biz onları (erməniləri) aldadaraq öz torpaqlarımıza şirnikləndirməyə çalışmalıyıq ki, Rusiyanın cənubda dayaqları olsunlar”. 200 ildən çox bir müddətdə yırtıcı rus imperializminə xidmət edən ermənilər “ağalarının” zəifləməsini hiss edərək onlara qarşı ərazi iddiaları irəli sürməyə başlayıblar.
ArmenianRepor yazır: “Krasnodar diyarının şərqində 200 minlik böyük şəhər olan Armaviri qeyd etməmək mümkün deyil. Armavir şəhərini 1839-cu ildə “Çərkəz erməniləri” qurdu. Şəhər Böyük Ermənistanın qədim paytaxtının adını daşıyırdı. Həmçinin, digər böyük erməni şəhəri indiki Rostov-na-Donun ən böyük rayonlarından biri olan Naxçıvan-na-Donu yaşayış məntəqəsidir. 1928-ci ilə qədər Nor-Naxçıvan ayrıca erməni yaşayış məntəqəsi idi.

Müasir Rusiya ərazisində erməni şəhərlərini çox sadalamaq olar. Ancaq onları xatırlamaq deyil, həm də onları doğma “Böyük Ermənistana” qaytarmağa hazır olmaq daha vacibdir. Hal-hazırda şərait və proseslər buna doğru gedir, Estoniyanın, Finlyandiyanın, Yaponiyanın Rusiyaya ərazi iddiaları ona işarə edir ki, biz də tarixi ədaləti qorumağa hazır olmalıyıq. Ermənistanı daxili siyasi qarşıdurma ilə zəiflətməmək üçün indi hamımız bunu düşünməliyik”.
Bu yerdə Aleksandr Qriboedovun rus carina yazdığı xatırlatmaq yerində olar: “Əlahəzrət İmperator, Sizin fərmanınıza əsasən ermənilərin İrandan, imperiyanın Qafqazlarda yerləşən müsəlman torpaqlarına köçürməyi davam edirik. Sizdən ricam odur ki, gələcəkdə ermənilərin Rusiyanın Mərkəzi torpaqlarına köçürülməsinə icazə vermiyəsiniz. Onlar elə bir tayfanın nümayəndələridir ki, zaman keçdikdən sonra haray-həçir salırlar ki, bu torpaqlar bizimdir”.
Rusiya dünya üçün təhlükədir. Rusiya dağılacaq, çünki bütün imperiyalar zaman yetişəndə məhv olur. Rusiya artıq iki dəfə dağılıb, üçüncü dəfə də çökəcək. Bu qanlı və qəddar imperiyanın ermənilər ilə əlbir olub Türk dilli xalqlara qarşı törətdiyi soyqırımlar unudulmamalıdır. Rusiyanın qoynunda yetişdirdiyi erməni separitizmi isə onun dağılmasının səbəblərindən biri olacağına şübhə etmirik. Necə ki, Qarabağda separatism fitilini alovlandıraraq Sovetlər Birliyinin dağılmasına səbəb oldu.
Deməli, bu, sadəcə, vaxt məsələsidir.
