Bütün fəaliyyətini həkim peşəsinə bağlayaraq, həyatını olduqca qədim, nəcib və xeyirxah bir işə — İnsaların sağlamlığının qorunması işinə həsr etmiş, əsl mütəxəssis və yaxşı pisxoloq, əziz qəhrəman və hünər sahibi olan ehtiyatda olan tibb xidməti mayoru Mahmudov Elman Sabir oğlunun may ayının 7 -də onun 53 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan tibb xidməti mayoru Mahmudov Elman Sabir oğlunu doğum günü münasibətilə “ Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və məsuliyyətli bir o qədər də şərəfli işlərində müvəffəqiyyətlər arzulayır.
Arzu edirik ki, Elman həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
1969 – cu ilin may ayının 7 – də Bakı şəhərində anadan olub.
1986-cı ildə Binəqədi rayon 248 nömrəli tam orta məktəbi, 1994 -ci ildə Azərbaycan Tibb Universitetini bitrib .
Elman həkim Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında Ordinator vəzfəsində xidmət etdiyi illər ərzində bir neçə dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə İnsitutunda müvafiq ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1995 -2009 -cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hospitalın funksional diaqnostika şöbəsində Ordinator vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
2009- cu ildə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156 – cı maddəsinin v) bəndinə əsasən , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından ehtiyata buraxılıb və pensiya təminatı ilə təmin edilib.

2010 – cu ildən etibarən “Salam Doktor” Klinkasında və “ARTOMED Tibb Mərkəzində” həkim Kardiloq vəzifəsində işləyir.
Birinci Qarabağ Müharibəsinin əvvələrində, Ermanıstan Silahlı Qüvvələrin və Daxili İşlər Nazirliyinin Sərhəd alayının bölmələrinin, Gədəbəy rayonunun Başkənd, Mutudərə və Qasımağalı kəndlərinə hücum əməliyyatları aparan zaman, onlara qarşı Azərbaycan Ordusunun könülərdən ibarət yaradılmış hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərək, üzərinə düsən vəzifə və
tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq
qalmışdır.
Elman həkim Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Vətəndaşının yüksək adını ləyaqətlə daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, xidmət etdiyi hərbi hissənin Şərəfini və döyüş Şöhrətini, Öz hərbi rütbəsinin Şərəfini daimi qorumuşdur.
Zabitlərin, gizrlərin, Müddətdən artıq xidmət edən hərbi qulluqçuların, çavuş və əsgərlərin, Daxili Qoşunlara yeni çağrılmış müddətli həqiqi hərbi qulluqçuların fiziki inkişafnı və sağlamlıq vəziyyətini müəyyənləşdirmək (sağlamlıq vəziyyətinə nəzarət etmək) məqsədilə ilə, Daxili Qoşunlar Komandanın müvafıq əmrləri ilə Daxili Qoşunların Baş İdarəsinin Bakı, Sumqayıt, Gəncə, Şəki Şirvan, Lənkəran şəhərlərində, Hacqabul, Bərdə, Qazax, Quba, Qaradağ və Cəlilabad rayonlarında yerləşən hərbi hissələrində (Ayrıca yerləşən əlahiddə bölmələrində) bütün şəxsi heyətin tibbi müayinəsindən kecirilməsi üçün üzərinə düsən vəzifə və tapşırıqları vaxtında vicdanla yerinə yetirmişdir.
Elman həkim qoruxmaz, insanpərvər, əli acıq , yüksək intellektual səviyyəli zəhmətkeş həkimdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə,
pulla, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin – amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1.”Qüsursuz Xidmətə Görə” 3 -dərəcəli — Silahlı Qüvvələrdə 10 təqvim il xidmətə görə ;
2.”Silahlı Qüvvələrin Yaranmasının “ 10 illiyi ( 1991- 2001) yubiley medalı ilə;
- “ Silahlı Qüvvələrin Yaranmasının “ 90 illiyi (1998 -2008) yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELMAN HƏKİM.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev




