Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Aleksandrovka, Fedorovka, Ukrainka, Şestakovo, Pobeda yaşayış məntəqələri və Çerkasski Tişki kəndinin bir hissəsinə nəzarəti bərpa edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri Novaya Dmitrovka qəsəbəsi istiqamətində də hücuma keçsə də, uğur qazana bilməyib.
Həmçinin, Ukraynanın müdafiəsinin cənub sərhədlərində Ukrayna Silahlı Qüvvələri 21 işğalçını və düşmən texnikasını, o cümlədən Qrad, TOR və qaubitsaları məhv edib.
Gün ərzində Xerson və Nikolayev vilayətlərində düşmən öz mövqelərində döyüş əməliyyatlarını davam etdirib.
Eyni zamanda 5 raket zərbəsi və “Smerç” reaktiv yaylım atəşi sistemləri tərəfindən atəş həyata keçirilib.
Nikolayev vilayətində bir raket zenit atəşi nəticəsində məhv edilib, qalanı isə əvvəllər dağılmış dəmir yolu körpüsünə düşüb.
Odessa vilayətində səhər saatlarında Belqorod-Dnestrovski rayonunda düşmən raketi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Axşam saatlarında Odessa vilayətinə 2 raket düşüb. Ölən və yaralananlar olmayıb.
