«Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq» — NATO

NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırıb.

UNIAN xəbər verir ki, bu barədə Alyansın Baş katibinin müavini Mirça Coane “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. Artıq həftələr qalıb. Biz müharibənin mümkün eskalasiyasını gözləmirik”, — o söyləyib.

NATO rəsmisi əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məğlubiyyətdən sonra Alyansa qarşı mübarizə aparmaq istəməyəcək.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: