Zelenskinin gödəkçəsi Londonda 110 min dollara satılıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin gödəkçəsi Londonda 110 min dollara satılıb. 

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, prezidentin geyimi mayın 5-də hərraca çıxarılıb. İlkin qiymət 61 000 dollar müəyyən edilib. Yekunda Zelenskinin geyimi 110 min dollara alınıb.

Qeyd edilib ki, vəsait Ukraynaya humanitar yardım məqsdilə istifadə olunacaq.

Mənbə: Modern.az

Bu xəbəri paylaşın: