Xarkov vilayətində Ukrayna Müdafiə Qüvvələri Çerkassı Tişki, Rus Tişki, Rubijne və Bayrak yaşayış məntəqələrini azad edib.
Məlumatı saat 18:00-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumatda deyilir: “Ukrayna Müdafiə Qüvvələrinin şəxsi heyətinin Xarkov vilayətində koordinasiyalı hücumları nəticəsində Çerkası Tişki, Rus Tişki, Rubijne və Bayrak qəsəbələri azad edilib”.
Baş Qərargah bildirir ki, düşmən Şərq Əməliyyat Bölgəsində strateji hücum əməliyyatının sürətini artırır. O, bütün təmas xətti boyunca və Ukrayna qoşunlarının müdafiəsinin dərinliklərində atəş effektinə malikdir. İşğalçıların ən böyük fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur.
Mülki və hərbi infrastruktura raket zərbələri endirmə ehtimalı yüksək olaraq qalır.
Volın və Polesye istiqamətlərində düşmənin fəallığı müşahidə edilməyib. Döyüş hazırlığının yoxlanılması məqsədiylə Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsində iştirak edən ayrı-ayrı hissələrin rotasiyasının başa çatdırılması çərçivəsində Belarus silahlı qüvvələrinin hərbi texnikasının hərəkəti qeydə alınıb.
Severski istiqamətində düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin etməkdə davam edir. O, Çerniqov vilayətinin Karpoviç və Senkovka yaşayış məntəqələri yaxınlığındakı ərazilərə sərhədyanı rayonlarından minaatanlardan atəş açıb.
