TƏBRİK: RÜSTƏMOV TƏLƏT RÜSTƏM OĞLU — 55

İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağcabədi rayon şöbəsinin sədri hörmətli Rüstəmov Tələt Rüstəm oğludur. May ayının 11 -də onun 55 yaşı tamam olur.


Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağcabədi rayon şöbəsinin sədri Rüstəmov Tələt Rüstəm oğlunu doğum günü munasibətiylə, «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin rəhbərliyi və «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.


Arzu edirik ki, Tələtin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Tələt Rüstəmov 1967 — ci ilın may ayının 11 — də Azərbaycan Respublikası Ağcabədi rayonun Hacıbədəlli kəndində anadan olub.


1984 -cü ildə Ağcabədi rayonun Hacıbədəlli kənd orta məktəbi, 1989 cu ildə isə Bakı Plan — İqtisadiyyat Texnikomunun «Maşın Qayırma Səneyi Müəssisələrinin Planlaşdırılması » fakültəsini bitrib.


1985 — 1986 — ci ildə Sovet Ordusunun Xabarovsk diyarının Komsomolsk — Amur şəhərində müddəti həqiqi hərbi xidmətə olub.


1989 — 1991 -ci ildə Ağcabədi rayonun Hacıbədəlli kəndində Ekologiyanın mühafizəsi sahəsində müvafiq vəzifələrdə işləyib, 1994 — cü ildən etibarən isə Ağcabədi rayonunda kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.


1992 — 1993- cü illərdə könüllü olaraq Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində motoatıcı taqım və kəşfiyyat qurup komandiri, motoatıcı böluk komandiri vəzifəsində xidmət etmişdir. Xocavənd rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.


Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlir.


Hərbi xidməti və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına , döyüş bölgələrində yerləşən hərbi hissələrdə şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində fəal iştirak etdiyinə görə Azərbaycan Ordusunun Korpus və hərbı hissə komandiri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri ilə birsıra xatirə medaları ilə təltif edilib, fəxri fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TƏLƏT BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman
Musayev

Bu xəbəri paylaşın: