Hərbi Prokurorluq hərbi qulluqçunun intiharı ilə bağlı məlumat yayıb

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun intiharı ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin verdiyi məlumatda deyilir: 

«Mayın 10-da Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq  ekspertizalar təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma  davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir».

Bu xəbəri paylaşın: