Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər ölkə rəhbərliyinə müraciət ediblər

Azərbaycan RespublikasınIn Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya

Surəti: Milli Məclisin sədri Sahibə xanım Qafarovaya

Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər tərəfindən

M Ü R A C İ Ə T

Möhtərəm, cənab Prezident!

Sizi məlumatlandırırıq ki, ƏƏSMN ehtiyatda və istefada olan sayı 100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsləri dövlətdən və şəxsən Sizdən narazı salmaqda davam edir. Belə ki, Sizin 2022-ci il üçün əhalinin bütün təbəqələrinun sosial rifahınln gücləndirilməsinə dar tapşırığınızı icra edərkən ƏƏSMN nədənsə 100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsi unutmuşdu.

Sizin 4 mart 2022-ci il tarixli Sərəncamınızla bu ədalətsizlik aradan qaldırıldı. Lakin, bu nazirlik ehtiyatda və istefada olan hərbçilərə, xüsusi rütbəli şəxslərə qarşı qara əməllərindən əl çəkmək istəmir.Hazırda parlamentin dinləmələrində olan «Əmək pensiyaları haqqında qanun»a təklif edilən dəyişikliyin, həmin qanuna 1.0.19-cu maddənin əlavə edilərək «müvafiq vəzifədə işlədiyi vaxt» sözlərinin yazılmasının hüquqi anlamı budur ki, bundan sonra Sizin əmək haqqı, təminat xərcliyi ilə bağlı Fərman və Sərəncamlarınız olanda ƏƏSMN: «bu sizə aid deyil, çünki müvafiq vəzifədə işlədiyiniz vaxt bu artım olmayıb, almamısınız» cavabını verəcəkdir. Biz bu dəyişikliyə QƏTİ ŞƏKİLDƏ ETİRAZIMIZI BİLDİRİRİK!

Çünki, bu dəyişİklik hüquqlarımızın total və kobud şəkildə pozulmasıdır.Faktiki olaraq 100 mindən artıq hərbi və xüsusi rütbəli şəxsi bundan sonra maaş və təminat xərcliyində baş verəcək artımlardan məhrum etmək istəyirlər.

Cənab Prezident!

Biz inanırıq ki, Siz hər zaman olduğu kimi yenə də hərbi və xüsusi rütbəli şəxsləri müdafiə edəcək və ƏƏSMN-nin məsuliyyətsiz məmurları barədə ölçü götürərək bu təhlükəli dəyişikliyin birdəfəlik gündəlikdən çıxarılmasına göstəriş verəcəksiniz.İnanırıq ki, Sizin məsələyə müdaxiləniz və ali iradəniz nəticəsində problem nəhayət ki, həllini tapacaqdır.

Son olaraq və çıxış yolu kimi təklif edirik ki, bu kimi xoşagəlməz və təhlükəli halların qarşısının alınması məqsədilə hərbi mütəxəssislər də cəlb edilməklə «Hərbi qulluqçuların pensiya təminatı haqqında» qanun yeni redaksiyada qəbul olunsun.

Əvvəlcədən Sizə öz minnətdarlığımızi bildiririk!

Hörmətlə, Ehtiyatda və istefada olan hərbi qulluqçular, xüsusi rütbəli şəxslər.

6 may 2022-ci il

Bu xəbəri paylaşın: