AVMVİB Nəsimi rayon şöbəsi üzvlərini təltif edib

1-ci qrup əlil Kərimov Taleh ağır qara ciyər serrizu diaqnozu ilə xəstəlikdən əziyyət çəkirdi.

Döyüşçünün bir qrup döyüş yoldaşları, Nəsimi rayonu veteranları 1-ci Vitse Prezident xanım Mehriban Əliyevaya müraciət etdilər. Mehriban xanımın qayğı və diqqəti nəticəsində Taleh Kərimov intensiv müalucəyə cəlb olundu. Mərkəzi Klinik Xəstəxanada cərrah-doktor Mirkazım həkimin rəhbərliyi altında Taleh Kərimovun cərrahi əməliyyatı uğurla həyata keçirildi.

Taleh bu gün veteranların sırasındadır. O, daim gənclərlə keçirilən hərbi-vətənpərvərlik tədbirlərində fəak işturak edir.

Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Ehtiyatda olan polkovnik Elmar Hüseynov bildirdi ki, bu gün də şöbənin fəaliyyətində fəal olan köhnə xüsusi təyinatlı döyüşçü veteranlar AVMVİB tərəfindən təltif edildilər. Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: