Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsi şəhid Vurğun Səxavət oğlu Rzayevin ildönümü mərasimində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Qurban Qurbanov bildirdi ki, şəhid Vurğun Səxavət oğlu Rzayevin Vətənin müdafiəsində göstərdiyi qəhrəmanlıq unudulmayıb. Həm də şəhidin qardaşı Mahir Rzayevin 44 günlük Vətən müharibəsi günlərində göstərdiyi xidmətlər AVMVİB Biləsuvar rayon şöbəsi tərəfindən Fəxri fərmanla təltif olunub.
Şəhid Vurğun Səxavət oğlu Rzayevin məzarı ziyarət olunub və məzarı üzərinə gül qoyulub. Şəhidin ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Biləsuvar


