BUNDAN SONRA NƏ ETMƏLİYİK?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat  Musa Quliyevin ehtiyatda olan hərbi qulluqçuların təqaüdü məsələsi barədə verdiyi son açıqlama cəmiyət arasında birmənalı qarşılanmayıb. Deputat açıqlaması zamanı bildirib ki, hərbi qulluqçu ehtiyata gedəndə, pensiyaya çıxanda işlədiyi dövrdə aldığı əlavələrin cəminin pensiyaya nisbəti və maaşı götürülür. Adam istefaya gedəndən sonra hansısa yeni əlavə təsis olunursa, bu əlavələr artanda keçmiş hərbçiyə bu əlavələr aid edilmir və bu, pensiyada hesablanmır.

Ehtiyatda olan hərbi qulluqçuların hüquqlarının fəal müdafiə edən İlqar Allahverdiyevin sosial şəbəkədə son paylaşımını təqdim edirik:

Dostlar! Məsələnin aktuallığını nəzərə alaraq 10 may tarixli statusdakl vəzifələri bir də və daha ətraflı qeyd edirik.Görürük ki, bəzi yoldaşlar çılğın hərəkətlərin tərəfdarıdırlar. Heç kim heç kimi heç nəyə məcbur etmir və hər kəs hərəkətlərində sərbəstdir.Beləlikə bundan sonrakı əsas vəzifələrimiz:

1.Milli Məclisin 13 may 2022-ci il tarixli iclasında təsdiq edilmiş dəyişikliyin qəbulundan sonra dövlət başçısına müraciətlər davam etməlidir ki, dövlət başçısı dəyişikliyi imzalamasın. Çünki, bu Azərbaycan dövlətinin kötüyünə balta çalmağa bərabər bir dəyişiklikdir. Müraciət formasını daha əvvəl paylaşmışdıq.

2.Prezident Aparatına qəbula getməliyik və bu qanunun imzalanmamasını həm də əyani olaraq xahiş etməliyik. Orada əsasən M.Əliyevin, F.Ələsgərovun, S.Nuriyevin qəbullarına yazılmaq məsləhətdir. Hər şeyi bizdən gözləməyin. 5-10 nəfərlik qruplarla qəbullara yazılıb müraciəti təqdim edin. Bakı ŞİH-nə dinc aksiya üçün müraciət də mövqenin çatdırılması üçün variantlardan biridir.

3.”Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanun layihəsini hazırlayıb Prezident Aparatına və Milli Məclisə təqdim etməliyik;

4. Ehtiyatda və istefada olan hərbi qulluqçuların hüquqlarını müdafiə edəcək İctimai Birliyi yaradaraq qeydiyyatdan keçməsinə nail olmalıyıq;

5. Hüquqi maarifləndirmə işini gücləndirməli, kənardan hər şeyi laqeydliklə müşahidə edənləri başa salmalı və fəal olmalarına nail olmalıyıq. Dinc aksiya üçün müraciəti təqribən 400 nəfər dəstəklədi, bu da 100 min nəfərin 0.4%-i deməkdir. Nəticəni özünüz çıxarın;

6. Növbəti parlament seçkilərində ehtiyatda və istefada olan hərbi qulluqçuların bir neçə nümayəndəsinin seçilməsinə nail olmalıyıq;

7.Parlamentdə nümayəndəmizin olub-olmamasından asılı olmayaraq bizə dair qanunların ictimai müzakirəsinin təşkil olunmasına, qanunların qəbulunda iştirakımızın hər hansı bir formada təmin olunmasına nail olmalıyıq.

8.DSMF-na qarşı məhkəmədə iddia qaldırmalıyıq və bu iş kütləvi olmalıdır.Allah hamımıza kömək olsun!

Qeyd: Bəzi radikal fikirləri ziyanlı hesab edirik, razı olmayıb başqa cür düşünənlər hərəkətlərində sərbəstdirlər və etdikləri hərəkətlərə görə də məsuliyyəti özləri daşıyacaqlar.

Bu xəbəri paylaşın: