TƏBRİK: ƏBİLOV ABUZƏR MUSA OĞLU — 57

     İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Yaş üstə yaş gələndə  daha da kamilləşirsən. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən  müharibə veteranı Abuzər Əbilovdur. Ömrünün ən məhsuldar dövrünü  hərbi xidmətdə keçirən istefada olan kapitan Əbilov Abuzər Musa oğlunun  may ayının 23 -də  57 yaşı tamam olur.

      Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı istefada olan kapitan Əbilov Abuzər  Musa oğlunu doğum günü münasibətlə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu illər, hər yeni günü  isə istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin .

        1983 — cü ildə  Bakı şəhərində  Orta Məktəbi,  1987- ci ildə isə  General Margelov  adına  Ryazan  Hava  Desantları Ali Hərbi Məktəbini bitirib.

     Ali hərbi məktəbi bitirdikdən sonra  1987 — 1991 -ci illərdə  Ukrayna Sovet Sosialist Respublikasının  Odessa vilayətinin  Belqorod şəhərində yerləşən  Desant Diviziyasında müxtəlif vəzifələrdə işləyib. 1991- 1998 — ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən hərbi hissədə Silah xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Silahlandırma Xidmətində baş zabit vəzifəsində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

        O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Bas İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Azərbaycan məkanında ilk olan Legion Hərbi Vətənpərvərlik Klubunun yaradıcısı və rəhbəri kimi  üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirib.

     Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, saxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

    O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

    Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi —  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin  və xidmət rəisinin  müvafiq əmrləri ilə  fərmanla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ABUZƏR BƏY.

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: