Marqo Simonyan bu dəfə də Müdafiə naziri kimi danışdı

«Biz istəsəydik Ukrayna ilə təkcə günlərlə deyil, həm də saatlar ərzində məşğul ola bilməzdikmi? Amma biz xüsusi hərbi əməliyyat aparırıq, ona görə də bu, müharibə deyil, əməliyyatdır”.


Bu sözləri RT (keçmiş «Russia Today”) telekanalı və «Sputnik” xəbər agentliyinin baş redaktoru Marqarita Simonyan «Rossiya 1” telekanalının efirində deyib.

O bildirib ki, müharibə belə aparılmır, buna görə də bu, xüsusi əməliyyat adlanmalıdır.


Ukrayna mediası Simonyanın bu çıxışını «Marqarita Rusiya Federasiyasının Ukraynadakı uğursuzluqlarına bəhanələr tapıb” deyə şərh ediblər.

Bu xəbəri paylaşın: