Ermənilər açıq şəkildə Daşnakların, Koçaryan və Sarqsyanın qatı əleyhidarları kimi çıxış edirlər. Onlar Koçaryanı «alban türkü», azərbaycanlı Səidin oğlu adlandıraraq Bakıya verilməsini tələb edirlər.
İki həftədən artıqdır ki, Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
Revanşist müxalifətin nümayəndələri Paşinyan istefa verməyənə qədər küçələri tərk etməyəcəklərini deyirlər.
Bildirirlər ki, Ermənistanın və Qarabağın təhlükəsizliyini təhdid edən onun siyasətidir. Polislə nümayişçilər arasında qarşıdurmalar və toqquşmalar gedir. Yüzlərlə insan saxlanılıb. Ötən gün müxalifət liderlərindən biri İşxan Saqatelyan nəinki Paşinyan hökumətinin devrilməsinin “artıq həll olunmuş məsələ” olduğunu bəyan etdi, hətta “yeni hökumət” yaratmaq planlarını da açıqladı.
Lakin revanşistlərin səs-küylü bəyanatlarına baxmayaraq, onlar hakimiyyət dəyişikliyi üçün lazım olan kritik deyilən kütləni İrəvan küçələrinə çıxara bilmirlər. Əksəriyyət müharibə partiyası tərəfdarlarının hakimiyyətə qayıtmasının qəti əleyhinədir.
