1993-cü il sentyabrın 10 da Tərtər rayon Kəngərli kəndində anadan olmuş Azərbaycan silahlı qüvvələrinin baş leytenantı 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilmiş Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə həlak olan Qənbərli Qənbərin ildönümü mərasimi keçrilmişdir.
22 may 2022-ci ildə keçrilən ildönümü mərasimində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə oranlarının əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin üzvləri iştirak etmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.
Şəhidin məzarı ziyarət edilib.
Şəhidin aləsinə AVMVİB adından baş sağlığı verilib.
Allah şəhidlərə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər


