23 may 2022-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xəyal Xudaverdi oğlu Namazovun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Şəhid Xəyal Xudaverdi oğlu Namazov 23 may 1986-cı ildə Füzuli rayonunda anadan olub. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub.
Şəhidin ad günü ilə bağlı tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov, icra numəyədələri, şəhid alləri, müəllim və şagird kollektivi, müharibə veteranları və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Beyləqan rayon şöbəsinin sədrləri Akif Həsənov və Əlövsət Məmmədov, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov iştirak etmişlər.
Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı, Namazov Xəyal kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Şəhidin ruhuna dualar oxundu.

Tədbir Xocavənd 4 saylı tam orta məktəbi şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov cıxış edərək AVMVİB sədiri Füzuli Rzaquliyevin adından şəhidin aləsinə başsağlığı verərək, AVMVİB-nin təsis etdiyi xatirə medalını şəhidin atasına təqdim etdi.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd






