Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti həkimləri təltif edib

Xocavənd rayon Xəstəxanasının həkimləri 44 günlük Vətən müharibəsi günlərində göstərdikləri xidmətlərə görə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov tərəfindən Fəxri fərmanlarla təltif ediliblər.


Həkimlərin göstərdiyi əməyi Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov yüksək qiymətləndirib. Bildirib ki, müharibədə həkimlərin əməyi misilsizdir.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və müharibə veteranları da iştirak ediblər.

Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: