Veteranlar 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə iştirak ediblər

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şəhid ailələrinin iştirakı ilə möhtəşəm bayram tədbiri keçirildi. Bayram tədbirində Komandanlıq, Şəhid ailələri, Müharibə veteranları, iş adamları iştirak etdilər.


Füzuli Dölət Dram Teatrının yaradıcı kollektivi bayram konserti və tamaşalardan maraqlı səhnəciklər təqdim etdilər.

Tədbir Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad etməklə başlandı.


Dövlət himni səsləndirildikdən sonra Bayram tədbirində Komandanlığın təbriki oxundu.


Müharibə veteranlarından Elmar Hüseynov, Vidadi Ağagülov, iş adamları Abdulla Abdullayev, Sevda Zülfüqarlı, Şəhid atası çıxış etdilər.

İş adamları Abdulla Abdullayev və Sevda Zülfüqarlı uşaqlara qiymətli hədiyyələr təqdim etdilər. Füzuli Dölət Dram Teatrının yaradıcı kollektivi geniş bayram konserti və tamaşalardan maraqlı səhnəciklər təqdim etdilər.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şəhid və hərbi qulluqçuların övladlarının iştirakı ilə möhtəşəm bayram tədbiri keçirildi. Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçəklər qoydular.


Fedai.az

Bu xəbəri paylaşın: