Fincanda fırtına, yaxud “Surət qiyamı”nın 27-ci ili

На изображении может находиться: 1 человек, улыбается, сидит и ноутбук

Əntiqə Rəşid

Gəncə qiyamından 27 il keçdi.

Buna “Surət qiyamı” da deyə bilərsiniz…

Ya da fincanda fırtına deyin…

Hadisələrə yenidən nəzər salmaq üçün düz 27 il əvvələ dönək! Surətin xəyanətə bərabər səriştəsizliyi və vəzifə ehtirası barədə mətbuatda gedən məlumatlardan: «1993-ci ilin yanvar-fevral aylarında Surət Hüseynovun komandirlik etdiyi 2-ci ordu korpusu Ağdərə istiqamətində uğursuz əməliyyatlar həyata keçirir və nəticədə bir çox ərazilər, texnika ermənilərin əlinə keçir. Belə bir anda S. Hüseynovun əmri ilə Ağdərədə müdafiədə dayanan qüvvələr mövqelərindən çıxarılaraq arxaya qaytarılır. Nəticədə Ağdərə-Kəlbəcər yolu ermənilər tərəfindən tutulur və Kəlbəcər yarımmühasirəyə alınır. Bu hadisədən sonra Baş Prokurorluq Surət Hüseynovun bir sıra komandirlərinə cinayət işi açır və onların bəziləri həbs edilir.

1993-cü ilin 22 fevralında Əbülfəz Elçibəyin əmri ilə Surət Hüseynov korpus komandirliyindən uzaqlaşdırılır. Bundan əvvəlsə o, prezidentin Qarabağ məsələləri üzrə nümayəndəliyindən və baş nazirin müavini vəzifəsindən çıxarılır. Bir neçə gün sonra isə Prezident Əbülfəz Elçibəy Gəncədəki 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam verir. Lakin bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina edir. O, Qarabağda komandanlığın ona verilməsini və 709 saylı hərbi hissənin bərpa edilməsini tələb edir. Sürət Hüseynov əks təqdirdə ermənilərin Gəncəni tutacaqları barədə Bakını inandıra bilir. Nəticədə Elçibəy Gəncəni itirməmək və S. Hüseynovu neytrallaşdırmaq üçün bu barədə sərəncam imzalayır. Sürət Hüseynovun yaxın adamlarından biri, Gəncənin hərbi polisinin keçmiş rəisi Eldar Əliyev hissəyə komandir təyin olunur”.

Lakin bir ay keçməmiş, Sürət Hüseynov, prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını bəyan edir. Surət Hüseynovu “qəhrəman” elan edənlər, sizcə bu addım onun xəyanətinin ilk “bəhrəsi” deyilmiydi?

Savadsızın əlinə səlahiyyət verməyin acıları barədə yenə də mətbuatda yazılanlardan: ”Prezident mayın axırlarında 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam imzalayır. S. Hüseynov prezidentin bu sərəncamına da məhəl qoymur və ora gələn hüquq mühafizə orqanlarının rəhbər şəxslərinin girov götürülməsi barədə əmr verir. Hissənin komandiri E. Əliyev Gəncə qiyamı ilə bağlı istintaqa verdiyi ifadədə öz hərəkətini belə əsaslandırır: «Şəxsi heyətin əsas qismi Gəncədən olduğu üçün və Gəncənin müdafiəsini təmin etmək məqsədi ilə Murov və Gülüstan ərazisində vuruşmaq istədiklərini bildirərək əmrdən imtina etdilər».

1993-cü il iyunun 4-də bir neçə saat ərzində Gəncədə polis postlarını ləğv edən silahlı qruplaşma İcra Hakimiyyətinin binasını ələ keçirir və daha sonra tank, «Qrad» qurğusu, qumbaraatan, pulemyot və avtomatla silahlanmış 200 nəfərlik dəstə MTN-in Gəncə şöbəsinə hücum edir. Bina gülləbaran edilir və binadakıların silahları təhvil verməsi, burada olan Baş prokuror İxtiyar Şirinov və Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərovun onlarla hərbi hissəyə getməsi tələb olunur. Fəlakətin qarşısını almaq üçün dövlət məmurları qiyamçıların qanunsuz tələbilə razılaşırlar. MTN-in Operativ Tədbirlər Dəstəsinin hərbçilərinin Gəncəni tərk eləməsi də razılaşmaya daxil edilir. Həmin vaxt Sülhəddin Əkbərov hərbi hissəyə, İxtiyar Şirinov isə qiyamçıların nəzarətinə keçən polis idarəsinə aparılır. Həmin gün Bakıya qayıtmaq istəyən prezident qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edilir. Qiyamçılar artıq saat 16-17 radələrində şəhərin bütün hakimiyyət və hüquq-mühafizə orqanlarını ələ keçirib, ora öz adamlarını rəhbər təyin edirlər. Xəyanətin cücərməsi şəraiti nə vaxt yarandı?Surətin ambisiyaları üçün qurban gedən Vətən…

“Rusiya qoşunları o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində istədiyi məbləği də aldı: «Qoşunların çıxarılması təbii ki, bu, güclü diplomatik təzyiqlər idi. Bu, tək Azərbaycanın yox, Qərbin vasitəsilə də həyata keçirilirdi. Bu, həm də şəxsi əlaqələrin nəticəsi idi. Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Söhbət nəzərdə tutulan maliyyədən gedir. Onlar bunu Azərbaycana bağışlamayacaqdı ki! Həmin maliyyəni aldılar. Onlar Azərbaycandan çıxanda onlarda belə əminlik yarandı ki, 2 həftədən sonra yenidən Azərbaycana qayıdacaqlar. Və bütün qalan silahların hamısını Azərbaycanda qiyama hazırlaşan Surət Hüseynovun ordusuna vermişdilər. Təkcə 55 ”Qrad» verilmişdi. Bu «Qrad” məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Buna görə də Rusiya qoşunları Azərbaycandan çıxanda əmin idi ki, Surət Hüseynov hakimiyyətə gələcək və onlar qoşunla yenidən Azərbaycana qayıdacaq. Ümumiyyətlə, 4 iyun qiyamı Elçibəy hökumətinə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına, neft müqavilələrin imzalanmasında göstərdiyi inada görə cəza idi”. Bu fikir də Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyevə məxsusdu. Surət ona görə Vəngdən qoşunlarını Bakıya tərəf cəkdi ki, gedib hakimiyyətə yiyələnsin və rusları Azərbaycana qaytarsın… O,bir santimetr belə torpaq azad etməyib.

Mənim və bir çoxlarının ən çox inandığı və hörmətlə yanaşdığı sabiq daxili işlər naziri İsgəndər Həmidov Surət Hüseynov haqqında demişdi: ”Surət Hüseynovun son zamanlar aktivləşməsi təsadüfi deyil. O pulu ilə heç bir torpaq almayıb, bir santimetr belə torpaq azad etməyib. Surət Hüseynov yaxşı xatırlayar, Ağdərə-Kəlbəcər yolu açılanda o, tankları və qoşunları geri çəkmişdi. Guya tankları Gəncəyə təmirə aparırdı. Rəhmətlik qardaşım Sərdar Həmidov orada Surət və Rəhim Qazıyevin əsgərlərini qovdu. Surət Hüseynovun heç bir əməyi olmayıb. O, hansı torpaqları azad edib, biz hansı torpaqları ermənilərə vermişik, bilmirik. Ona xatırlatmaq lazımdır ki, tarixə baxsın, torpaqların hansı dövrdə getdiyini görsün. O zaman görəcək ki, baş nazir kimi o torpaqların itirilməsində hansı məsuliyyəti var. Qarət adı ilə insanlarda xof yaradıb, o rayonları boşaltdılar, sonra da həmin rayonları qarət etdilər. İnsanlar elə yalan danışırlar ki, adam məəttəl qalır.

Şerbakın diviziyası çıxarılanda Surətə o pulu İsa Qəmbər, Əli Kərimli və digərlərinin əli ilə dövlət, yəni onun bəyənmədiyi hakimiyyət verdi. Surət Hüseynov bəyənmədiyi hökumətin dövründə ən yüksək postları tutdu. O deyir ki, bizlər ”vətən xaini» olmuşuq, ən böyük xain onun özüdür. Onun atası rəhmətə gedib, Allah rəhmət eləsin. Mənim ölü ilə işim yoxdur, diri ilə işim var. İndi o, Türkiyədə biznes qurub, iş adamıdır. Amma unutmasın ki, AXC-Müsavat hökumətini quranlar bu gün acından ölürlər. Güclə özlərini dolandırırlar. Nə yaxşı ki, yaxşı insanlar var, hərdən yardım edirlər. 2018-ci ildə prezident seçkiləridir, düşünürəm ki, Surəti də müəyyən qüvvələr ortalığa yenidən salıblar. Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulunun işğalında Surət Hüseynov baş nazir idi. Alan idisə, o işğalların qarşısını alardı də. Onu dövlət heç vaxt “vətən xaini” elan etməyib. Düzdür, AXC-nin İcraiyyə Komitəsi onu “vətən xaini” elan edib. Sonradan da ona “vətən xaini” maddəsini bizdən sonrakı hakimiyyətin dövründə məhkəmə verdi».

Həbsxanalardan 700 cinayətkar məhbusun qanunsuz azad edilərək Surət Hüseynovun dəstəsinə qatılması Surət Hüseynovu ya savadsızlıqdan, ya bilgisizlikdən . yaxudda məqsədli şəkildə, şəxsi mənafe xatirinə müdafiə edən rəzillərə növbəti fakt: AXC hakimiyyəti zamanı baş prokuror vəzifəsini tutmuş İxtiyar Şirinin müsahibəsi:

-“Sizin Gəncəyə getməyinizdən Prezidentin məlumatı vardı?

— Mən öz təşəbbüsümlə getdim.

— Niyə?

— Gördüm Gəncədə vəziyyət ağırdır. Cinayətkar dəstələrə qarşı hər kəs öz üzərinə düşəni yerinə yetirməli idi. Mən də vəzifəmi yerinə yetirmək məqsədilə Gəncəyə getdim.

— Getməzdən əvvəl Surət Hüseynova cinayət işi açılmışdımı?

— Bəli, Surətin haqqında 3 cinayət işi qaldırılmışdı. Məsələ təkcə 4 iyunla bağlı deyildi. Biz cinayət işi qaldırıb istintaq, təhqiqat işi aparırdıq.

— Surət Hüseynova 3 cinayət işi açan prokuror kimi onun ifadəsini almışdınızmı?

— Surətin dəstəsinə yaxın düşmək mümkün deyildi. Onlar cinayətkar dəstə idi, bu haqda respublika rəhbərliyi məlumatlı idi. Surəti ifadə verməyə gətirmək üçün təcili tədbirlər görülməli idi. Biz bununla əlaqədar dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişdik. Ancaq heç bir tədbir görülmədi. O zaman Rəhim Qazıyevlə bağlı da cinayət işi açmışdıq. Eləcə də həbsxanalardan 700 cinayətkar məhbusun qanunsuz azad edilərək Surət Hüseynovun dəstəsinə qatılması faktına dair cinayət işi qaldırmışdıq. Bu qiyamdan az əvvəl olmuşdu. Surət elə bu 700 dustaqla ölkəmizi viran qoydu.

— 700 məhbusu kim azad etmişdi?

— Həbsxanalara nəzarət və rəhbərlik edən şəxslər.

— Siz, Prezident Elçibəyin imzaladığı Qızıl Amnistiya Aktı ilə azadlığa çıxan məhbusları nəzərdə tutursunuz?

— Xeyr. Onun buna aidiyyəti yoxdur. Amnistiya Milli Məclisdə qəbul olundu və sonra insanlar azadlığa buraxıldı. Mən dediyim 700 məhbusun bu amnistiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. 700 nəfər qanunsuz olaraq həbsxanalardan çıxarılıb Surətin sərəncamına verilmişdi. Bu qiyamdan 2-3 ay əvvəl baş vermişdi” İndi isə Surətsevərlərin nəzərinə!

SURƏT HÜSEYNOV MOSKVADA BANK AÇIB - Aran Agentiliyi

Ağzınız köpüklənə-köpüklənə danışmamışdan. Surət Hüseynovu ibarəli cümlələrlə öyməmişdən əvvəl papağınızı başınızdan götürüb qarşınıza qoyun! Qoydunuz? Di qalanı özünüzlükdü! Düşünün!

Fincanda isə fırtına olmur!..

Paraqvay həbsxanasında DƏHŞƏT: qiyamçılar 5 nəfərin başını kəsdi ...

Bu xəbəri paylaşın: