Ukrayna ordusu Xerson şəhərinə 10 kilometrliyinə çatıb

Ukrayna ordusu Xerson şəhərinə 10 kilometrliyinə qədər yaxınlaşıb.

Bu barədə ukraynalı hərbçilər videomüraciət yayımlayıb.

Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç də Ukrayna ordusunun Xerson istiqamətində uğurlar qazandığını təsdiq etsə də, ordunun mövqeyi barədə açıqlama verməyib.

Qeyd edək ki, Ukrayna ordusunun Xerson istiqamətində əks-hücuma keçdiyi barədə məlumatlar yayılmışdı. Bir neçə qəsəbənin azad edildiyi deyilir. Xerson Rusiya ordusu tərəfindən müharibənin ilk günlərində işğal edilmişdi.

Rusiya hərbçiləri ilə onun həyat yoldaşı arasında Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən dinlənilən telefon danışığına görə, hər 10 rus işğalçısından yalnız 1-i Ukrayna hərbçiləri ilə birbaşa toqquşmaya hazırdır.

İşğalçı deyir: «Bizdə «б*ля, дох*я» hər kəs döyüşməkdən imtina edir. Bütün batalyondan cəmi otuz nəfər döyüşə getdi … Kim yaralandı, kim 200-cü, kim 300-cü, kim imtina etdi … Yalnız otuz nəfər bütün batalyondan. Otuz! Təsəvvür edirsənmi?».

Bu fakt, rus işğalçılarının niyə hücum etməməyə, Ukrayna yaşayış məntəqələrini uzaqdan vurmağa çalışdığını izah edir.

Bu xəbəri paylaşın: