Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyyatda olan kapitan-Şahbazov İlham Seyidcamal oğlunun iyun ayının 15-də 56 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. İlhamın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni yaşı onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Şahbazov İlham Seyidcamal oğlu 1966 — ci ilin iyun ayında Azərbaycan Respublikası Xaçmaz rayonunun Susay kəndində anadan olub.
1973 -ci ildə Xudat şəhəri 2 saylı tam orta məktəbini,1983-1985-ci ildə Bakı 88 №-li Texniki Peşə Məktəbinin «Rabitə avadanlıqlarının təmiri üzrə mexanik»fakultəsini bitirib. 1985-1987-ci illərdə Omsk şəhərində Hava Hücumundan Müdafiə qoşunlarında xidmət edib.
1987-1991-ci ildə Leninqrad şəhərində Politexnik Universitetinin «Rabitə və elektron cihazlarının istismarı»fakultəsini bitirib. 1992-ci ilin noyabır ayından Xaçmaz rayonunun Yalama qəsəbəsində N saylı Hərbi Hissəsində «çavuş» rütbəsində hərbi xidmətə başlayıb və «kapitan»rütbəsinə qədər yüksəlib .1993-cü ilin yanvar ayının 28-dən 1994-cü ilin mart ayına kimi Ağdərə və Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.1997-ci ildən 2000-ci ilə qədər Bakı Rabitə Kollecində «Rabitədə idarəetmə və iqtisadiyyat» fakultəsini bitirib.2006-ci ildə Quba şəhərinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsindən səhəti ilə əlaqədar təxris olunub.2007-ci ildə «Aselsan-Bakı»şirkətinin Quba bölgəsi üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilib.

Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində ,Qusar rayonunda silahli münaqişənin qarşısının alınmasında və Yevlax şəhərində qanunsuz silahlı dəstələrin saxlanılmasında,şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətə görə»III dərəcəli medal ilə,»Silahlı Qüvvələrin 10 illiyi»yubileyi medalı ilə və «Silahlı Qüvvələrin 15 illiyi» medalı ilə təltif olunmuşdur.
Kapitan Şahbazov İlhamın oğlu Seyid Şahbazov da 44 günlük Vətən Müharibəsi Veteranıdır.Şahbazov Seyid müharibə dövründə göstərdiyi igidliyə görə 5 medalla,”Şuşanın azad olunması”,”Qubadlının azad olunması”,”Füzulinin azad olunması”,”Cəsur döyüşçü”,”Vətən müharibəsi iştirakçısı”medalları ilə təltif olunmuşdur.
İLHAM BƏY, 56 YAŞIN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev










