Qarabağda gəbərmiş erməni terrorçularının Ermənistanda fotoları yandırılıb

Şirak bölgəsində sağlam cəmiyyətin ağlasığmaz cinayət baş verib. Bir nəfər Arik Veteranlar Birliyinin binasına girərək aprel və 44 günlük döyüşlərində «yaxşı erməni» olanlarının xatirəsini ləkələyib.

“Ermənistanda onları müqəddəs saymaq günün tələbinə çevrilib. İndicə mənə xəbər gəldi ki, gecə saatlarında Arik Veteranlar Birliyinin binasına hansısa bir zibil daxil olub, əmlaka ziyan dəyib, Aprel və 44 günlük müharibə «qəhrəmanlarının» fotoları yandırılıb.

Nəzərinizə çatdırıram ki, əgər yaxın iki gün ərzində dövlət strukturları küfr edənləri aşkar edib cəzalandırmasa, biz linç etməyə məcbur olacağıq və gözlənilməz hərəkətlərə görə məsuliyyəti hakim siyasi qüvvə daşıyacaq, çünki məhz onlar Ermənistana küfr etməyi gətirmişlər”.

Bunu ictimai və siyasi xadim Karapet Poqosyan öz Facebook səhifəsində yazıb.

Bu xəbəri paylaşın: