Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovanın tpyu olub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, Yuri Kovolyovun döyüş yoldaşı, ehtiyyatda olan polkovnik Elmar Hüsynov məlumat verib.
Elmar Hüseynov bildirib ki, toyda Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun döyüş dostları — kapitan Raqday Qarayev, Elçin Səmədov, müharibə veteranları iştirak ediblər. Onlar çıxış edərək yeni qurulan ailəyə xoşbəxtlik və səadət arzuladılar.
Qeyd edək ki, Denis Quzlayev 1999-cu ildə Bakıda anadan olub. O, müharibədən öncə paytaxtda fəaliyyət göstərən restoranların birində aşpaz işləyib. Səfərbərliklə döyüşlərə qatılan qazi düşmənin atdığı mərmilər nəticəsində üzündən ağır yaralanıb. Milliyətcə rus olan Denis müharibə zamanı aldığı xəsarətə görə bir neçə çətin əməliyyat keçirib, hətta 10 gün komada qalıb.
Denis Quzlayev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, Reginanın atası, Milli Qəhrəman Yuri Kovalyov da Göyçayda rus ailəsində anadan olub. O, 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdarkən içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. Bakının Şəhidlər Xiyabanında dəfn olunub.
Paytaxtda 229 saylı məktəb onun adını daşıyır.
Xoşbəxt olsunlar.
Elnur Səlim









