AVMVİB Suraxanı rayon şöbəsi «Nəsillərin görüşü» adlı tədbir kecirib

Bakı şəhəri Nizami rayonunun 109 saylı tam orta məktəbdə «Nəsillərin görüşü» adlı tədbir kecirilmişdir. Tədbirdə əvvəlcə Dövlət himnimiz, sonra bütün şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Tədbirin 2-ci Dünya Müraribəsi iştirakcısı Məhərrəm Əliyevin həyatından, müharibədə gösdərdiyi şücayətlər barədə məktəblilər ətraflı cıxışlar etdilər.


Sonra söz M. Əliyevın böyük oğlu Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin Prezidenti Tofiq Əlizadəyə verildi.


Tofiq Əlizadə azərbaycanlıların birliyindən, şagirdlərə gələcəkdə vətənimizi, dövlətimizi qorumaq və necə müdafiə etməkdən və atasının onlara verdiyi tərbiyədən söhbət acdı.

Söz Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının nümayəndəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri, müharibə veteranı Eldar Rüstəmova verildi.


Eldar Rüstəmiv 2-ci Dünya müharibə veteranı M. Əliyevin 100 illik həyatından şagirdlərə vətənpərvərlik haqqında sitatlar gətirdi.


E. Rüstəmov M. Əliyevın kicik oğlu Vətən Müharibə iştirakcısı Sahib Əliyevə AVMVİB-nin təsis etdiyi xatirə medalını AVMVİB sədri Füzuli Rzaquliyevin adından təqdim etdi.

Sonra E. Rüstəmov vətənpərvərlik haqqında suallar verdi, suallara cavab verən şagirdlər kitab hədiyyələri ilə mükafatlandırıldı.


Söz məktəbin kecmiş məzunu vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Zakir Cəfərovun anası Kəmalə Cəfərovaya verildi. Kəmalə xanım öz urək sözlərini söylədi, məktəbin kollektivindən və Dövlətimizdən öz razılığındanı bildirdi. Məktəbdə bir sinfi şəhid oğlunun adına verilməsinə görə məktəb rəhbərliyinə öz təşəkkürünü bildirdi.


Məktəb şagirdlərinin rəngarəng cıxışlarından sonra məktəbin direktoru Gülnaz Bədəlova cıxış etdi, sonra tədbirı hazırlanmasında böyük əməyi, zəhməti olan məktəbin tarix müəlliməsi Xoşqədəm Mirzəyevaya da kitab hədiyə edildi.

Sonda Məhərrəm Əliyevin 44 günlük Vətən Müharibəsi qaziləri olan nəvələrini alqışladılar.


Tədbir iştirakçıları xatirə şəkilləri cəkdirdilər.


Fedai.az

Bu xəbəri paylaşın: