Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi fəaliyyətini bərpa etdikdən sonra mütamadi olaraq müharibə veteranları və şəhid ailələrinə baş çəkir.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Samir Əkbərov məlumat verib.



Seymur Əkbərov bildirdi ki, şəhid ailəsində olub. Şəhid ailəsinə üzüvlük vəsiqəsi təqdim olunub. Tədbirdə İbadov Cabir Xanoğlan oğlu, Abbasov Rafiq Telman oğlu, şəhid anası Seyfullayeva Günay Mahir qızı, Seyfullayev Elsevər Murad oğlu iştirak ediblər.



Allah şəhidlərimizə rəhmət eləsin!
Həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi 15 iyun Milli Qurtuluş günü ilə bağlı Ulu Öndər Heydəər Əliyevin abidəsini və şəhid məzarlarını ziyarət ediblər.
E. Səlim


