Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünu hərbi xidmətdə keçirən ehtiyatda olan polkovnik — leytenant Qafqaz Qəfər oğlu Həsənovun iyun ayının 16 – da 53 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan polkovnik-leytenant Qafqaz Həsənovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Qafqazın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik- leytenant Həsənov Qafqaz Qəfər oğlu 1969 -cu ilin iyun ayının 16 -da Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olub.
1987 — ci ildə Gürcüstan Respublikasının Bolnisi şəhər 3 nömrəli orta məktəbi, 1991- ci ildə Tümen Vilayətində Ali hərbi mühəndislər məktəbini, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Amerika Birləşmiş Ştatlarının Luiziana və Virciniya şəhərlərində, Türkiyə Cümhuriyyətinin isə Ankara şəhərində yərləşən Polis və hərbi akademiyalarında Partlayıcı -qurğuların zərərsizləşdirilməsi üçün Robortların idarə olunması üzrə ixtisas artırma kuslarını bitrib. Hərbi təcrübə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
Qafqaz Həsənov 1991 — 1996 — cı illərdə Kirov vilayətində yol- tikinti alayında ( hərbi hissəində ) taqım və böluk komandiri vəzifəsində olub.
1996 — 1999 — cu ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarəsinin Mühəndis Xidmətində baş zabit və Mühəndis Xidməti rəisi, 2000- 2009-cu illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Qərargahında Mühəndis xidməti rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
O, hal — hazırda «Azərsu » Qapalı Səhmdar cəmiyyətinin Bakı Su kanalı İdarəsində Mülkü müdafiə və rejimlərə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Qafqaz Həsənov Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində bir çox komissiyaların və məqsədli qurupların tərkibində olarkən səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, intelektual səviyyəsi ilə daimi Daxili Qoşunlar Komandanın və onun müavinlərinin diqqət mərkəzində olmuşdur.
Qafqaz Qəfər oğlu Həsənov ömrünün ən məhsuldar dövrünün 34 ildən çox şərəfli xidmət yolunun 22 ilini hərbi xidmətdə, 12 ilini isə «Azərsu » Acıq Qapalı Səhmdar cəmiyyətində keçirmişdir.
O, müasir tələblərə əsasən Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində və əlahiddə bölmələrində Maddi -texniki tədris bazanın, Mühəndis xidməti üzrə təlim şəhərciklərin, hüquq — normativ sənədlərin (aktların) proqramların (kitabların), dərs vəsaitlərin, eləcə də öz ixtisası üzrə peşəkar zabitlərin, gizirlərin və kiçik mütəxisslərin hazırlanmasında bir peşəkar zabit kimi böyük xidmətləri olmuşdur.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
-» Hərbi Xidmətlərə görə «
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
-» SSRİ Silahlı Qüvvələrin yaranmasının» 70 — illiyi yubiley medalı ilə;
- «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
- «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
-«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə, - » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə.
QAFQAZ BƏY, DOĞUM GÜNÜN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev



















