ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR: NƏRİMAN YUNUSOV — 50

İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə yüksək peşakarlığı, humanistliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi,  sadəliyi və səmimiyəti ilə seçilən (şəhid qardaşı) müharibə veteranı hal hazırda təqaüddə olan Baş gizir Yunusov Nəriman Cuma oğludur. Ömrünün ən məhsuldar dövrünün  18 ildən çox hissəsini şərəfli xidmət yolu seçib hərbi xidmətdə keçirən Baş gizir Nəriman Yunusovun iyun ayının 17-də  50 yaşı tamam olur.

    Həyatın bütün imtahanlarından alnı açıq və üzü ağ çıxan şəhid qardaşı müharibə veteranı Nəriman Yunusovu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan  möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır. Nərimanın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər  bəxş etsin və hər  yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

  Baş gizir Yunusov Nəriman Cuma oğlu 1972-ci il iyun ayının 17-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur.

1989-cu ildə Telman Yunusov adına Yuxarı Tala kənd  2 nömrəli orta məktəbi bitirmişdir. 1990- 1992- ci illərdə Sovet  ordusunun Almaniyada yerləşən hərbi qarnizonunda müddətli həqiqi hərbi xidməti keçib. 

1993-cü ilin yanvar  ayından 2009- cu ilədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Zaqatala, Ağdərə, Gəncə və Bakı şəhərinin Əhmədli rayonunda yerləşən hərbi hissələrində bölüyün baş çavuşu vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

1996-cı ildə Daxili Qoşunların Xəzər rayonunda yerləşən hərbi hissəsində gizirlərin hazırlıq kursunu bitirmişdir. Qanunvericiliklə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində 2000-ci il Şəki və 2003-cü il Bakı şəhərində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, regionda silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və  tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Hərbi yoldaşları onun vətənpərvər, qorxmaz, səxavətli, zəhmətkeş və tələbkar bir hərbiçi kimi dəyərləndirirlər. Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə,   döyüş və ictimai siyasi hazırlığında hərbi intizamın möhkəmləndirilməsində tabeliyində olan şəxsi heyətə daim diqqət və qayğı göstərdiyinə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin Daxili Qoşunlar  komandanının hərbi  hissə komandirinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlaçı döş və  yubiley nişanları ilə mükafatlandırılmışdır.

Azərbaycan Respublikasının müstəqilliyinin ərazi bütövlüyünün qorunub saxlanmasında respublikada əmin amanlığın təmin edilməsində, cinayətkarlığa  qarşı  mübarizədə xidməti vəzifələrinin  layiqincə yerinə  yetirdiyinə görə aşağıdakı medallarla təltif olunub.

  «Qüsursuz Xidmətlərinə görə 3-cü dərəcəli medalı» ilə

  «Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətinə görə»

  «Qüsursuz Xidmətlərinə görə 2-ci dərəcəli medalı» ilə

  «Silahlı Qüvvələrdə 15 təqvim  ili xidmətinə görə» medalı ilə

   «Silahlı Qüvvələrin yaranmasının 10 illiyi » (1991- 2001) yubileyi medalı ilə

   » Silahlı Qüvvələrin yaranmasının 90 illiyi»(1918-2008) medalı ilə

  Doğum günün mübarək olsun.

  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev 

Bu xəbəri paylaşın: