Xəbər verdiyimiz kimi, ABŞ bu gün Ukraynaya 1 milyard dollar dəyərində hərbi yardım göndərəcəyini bəyan edib.
Pentaqon yeni hərbi yardım çərçivəsində Ukraynaya göndəriləcək silahların siyahısını açıqlayıb.
1 milyardlıq yardım paketinə aşağıdakı silahlar daxildir:
— 18 ədəd 155-mm-lik artilleriya qurğusu,
— Bu artilleriya qurğuları üçün 36 000 ədəd mərmi
— 18 ədəd taktiki avtomobil,
— HIMARS raket sistemləri üçün mərmilər,
— 4 ədəd təmir avtomobili,
— 2 ədəd “Harpun” gəmi əleyhinə raket sistemləri,
— Mindən çox radio və optik qurğular.
Mənbə: Modern.az
Bu xəbəri paylaşın:
