Zallar tayfasının demoqrafik göstəricilərini, xüsusilə onlann say dinamikasrnda baş verən dəyişiklikləri nəzərdən keçirməzdən öncə belə bir faktı qeyd edək ki, XIX əsrə dair məlumatları kameral təsvirlərdən istifadə etmişik. Kameral təsvirlər etnodemoqrafik tarixin öyrənilməsi üçün əvəzsiz mənbədir. Bu mənbə, ümumiyyətlə, Rusiya imperiyasında, o cümlədən tarixi Azərbaycan torpaqlarında vergiyə cəlb edilən əhali və təsərrüfat obyektləri barədə ilkin statistik məlumatı təmin edəcək rəsmi dövlət sənədləri rolunu oynayır.
1842-ci ildə həyata keçirilmiş kameral siyahıyaalmaya Cavanşir qəzasının Çiləbörd sahəsinin Şıxavənd obası daxil edilib. [ГИAАР, ф.29, Каспийская Казенная палата. 1841-1849. опись 1, Д.18.].
1849-cu ilə aid kameral təsvirdə də Şıxavənd obasının əhalisi haqqında bilgi var. [ГИAАР, ф.37, опись 1, Д.29.].
1863-cü ildə keçirilən kameral təsvirə görə, Şıxavənd obasının əhalisi Şuşa qəzasının Çiləbörd sahəsinə aid imiş. [ГИAАР, ф.10, опись 1, Д.105.].
1873-cü ildə qəzada əhalinin say dinamikası ilə bağlı keçirilən kameral yoxlamaların nəticələri əsasında tərtib olunmuş yekunda Şıxavənd obasının əhali artıq Cavanşir qəzasının tərkibindəir. [ГИAАР, ф. 43, опись 2, Д.7217. ]. 1886-cı ilin kameral təsviri həmin fonddadır.
Kameral təsvirlər, ümumiyyətlə, Rusiya imperiyasında, o cümlədən tarixi Azərbaycan torpaqlarında vergiyə cəlb edilən əhali və təsərrüfat obyektləri barədə ilkin statistik məlumatı təmin edəcək rəsmi dövlət sənədləri rolunu oynayırdı. Ona görə də bəzən bu siyahıdan yayınma meylləri var.
Belə kameral təsvirlərin təqribən hər 10 ildə bir dəfə keçirilməsi nəzərdə tutulurdu və nəticədə “Xəzinə ekspedisiyası” (“Казеная экспедиция”) adlanan müvafiq qurum tərəfindən hər bir ailəyə və ya vergi ödəyən fərdə xüsusi şəhadətnamələr verilməli idi. Bu məsələ ilə əlaqədar sənəddə maraqlı məqamlar qeydə alınıb. Belə ki, öncəki təklifə görə, əlavə vergilərin tətbiq olunmaması üçün əhaliyə veriləcək şəhadətnamələrin adi kağız üzərində çap olunması nəzərdə tutulmuşdu. Ancaq Gürcüstan Xəzinə ekspedisiyasının rəisi kameral təsvir zamanı ortaya çıxacaq xərclərin dövlət xəzinəsinə yük olmaması üçün bu şəhadətnamələrin xüsusi möhürlü kağız (“гербовая бумага”) üzərində çap olunaraq, hər birinin yerli insanlara 27 gümüş qəpik qarşılığında verilməsini təklif etmişdi.
Bunlarla yanaşı, zahirən quru və statistik mahiyyətli sənəd kimi görünən bu mənbəyə daha diqqətli və yaradıcı şəkildə yanaşdıqda onun dərin qatlarından Kolanı əhalisinin günlük təsərrüfatı, məişət həyatı, ailə ənənələri və bu kimi digər etnoqrafik xarakterli təsəvvürlər də əldə etmək mümkün olur.
Bizim tədqiq etdiyimiz Zallar tayfası Kolanı elinin Şıxavənd oymağına bağlıdır. Tayfa əmələ gəlməsinə nəzər salaq.
Bu tayfanın ulu babası Zaldır. Zal XVIII yüzilin İkinci yarısında Kolanı mahalının Şıxavənd obasında yaşamışdı. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Zal Xanpəri Əlixan qızı ilə ailə qurmuşdu. Pənah, Əlihümbət, İskəndər adlı oğlanları, Gülüstan adlı qızı vardı.
*****
Pənah Zal oğlu 1784-cü ildə Kolanı mahalının Şıxavənd obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Mеhdiqulu xan Sarıcalı-Cavanşirə xidmət еtmişdi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Pənah Mina xanım Mərdan bəy qızı ilə ailə qurmuşdu. Hümbət, Nəbi, Ağa adlı oğlanları vardı.
Hümbət Məşədi Pənah oğlu 1812-ci ildə Kolanı mahalının Şıxavənd obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Hümbət Balaxanım xanım Adıgözəl bəy qızı ilə ailə qurmuşdu. Xırda xanım adlı qızı vardı.
Məşədi Pənahın ikinci oğlu Nəbi 1817-ci ildə Kolanı mahalının Şıxavənd obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Nəbi Yasəmən Salman qızı ilə ailə qurmuşdu. Əhməd, Məmməd adlı oğlu vardı.
Əhməd Məşədi Nəbi oğlu 1843-cü ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şıxavənd obasında dünyaya gəlmişdi. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Əhmədin Pənah, Bəhram, Aslan adlı oğlanları vardı.
II Pənah Əhməd oğlu 1871-ci ildə Cavanşir qəzasının Şıxavənd obasında dünyaya göz açmışdı. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Əhmədin ikinci oğlu Bəhram 1872-ci ildə Cavanşir qəzasının Şıxavənd obasında anadan olmuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Əhmədin üçüncü oğlu Aslan 1872-ci ildə Cavanşir qəzasının Şıxavənd obasında anadan olmuşdu. Bəhram ilə ekiz idi. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Məşədi Nəbinin ikinci oğlu Məmməd 1841-ci ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şıxavənd obasında anadan olmuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Məmmədin İsmayıl adlı oğlu vardı.
İsmayıl Məmməd oğlu 1872-ci ildə Cavanşir qəzasının Şıxavənd obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Məşədi Pənahın üçüncü oğlu Ağa 1819-cu ildə Kolanı mahalının Şıxavənd obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
* ****
Zalın ikinci oğlu Əlihümbət 1794-cü ildə Qarabağın Kolanı mahalının Şıxavənd obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Əlihümbət Pəri İsmayıl qızı ilə ailə qurmuşdu.Səfərəli, İmamqulu adlı oğlanları vardı.
Səfərəli Əlihümbət oğlu 1817-ci ildə Kolanı mahalının Şıxavənd obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Səfərəli Peykər Rüstəm qızı ilə ailə qurmuşdu. İmamqulu, Kazım adlı oğlanları vardı.
İmamqulu Səfərəli oğlu 1857-ci ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şıxavənd obasında doğulmuşdu. Atası tez vəfat etdiyindən əmisinin himayəsində böyümüşdü. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Səfərəlinin ikinci oğlu Kazım 1860-cı ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şıxavənd obasında anadan olmuşdu. Atası tez vəfat etdiyindən əmisinin himayəsində böyümüşdü. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Əlihümbətin ikinci oğlu İmamqulu 1839-cu ildə Kolanı mahalının Şıxavənd obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
İmamqulunun Şahmalı adlı oğlu vardı.
Şahmalı İmamqulu oğlu 1866-cı ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şıxavənd obasında doğulmuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
* ****
Zalın üçüncü oğlu İskəndər 1804-cü ildə Kolanı mahalının Şıxavənd obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Iskəndər Yasəmən Əliyar qızı ilə ailə qurmuşdu.Fərzalı, Mirzalı, Şirin, Zal adlı oğlanları, Tеlli adlı qızı vardı.
Fərzalı İskəndər oğlu 1832-ci ildə Kolanı mahalının Şıxavənd obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Fərzalının İskəndər, İsmayıl adlı oğlanları vardı.
II İskəndər Fərzalı oğlu 1869-cu ildə Cavanşir qəzasının Şıxavənd obasında dünyaya gəlmişdi. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Fərzalının ikinci oğlu İsmayıl 1871-ci ildə Cavanşir qəzasının Şıxavənd obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

İskəndərin ikinci oğlu Mirzalı 1834-cü ildə Kolanı mahalının Şıxavənd obasında anadan olmuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
İskəndərin üçüncü oğlu Şirin 1845-ci ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şixavənd obasında anadan olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Şirinin Allahverdi, Türbəndə adlı oğlanları vardı.
Allahverdi Şirin oğlu 1869-cu ildə Cavanşir qəzasının Şıxavənd obasında doğulmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Şirinin ikinci oğlu Türbəndə 1884-cü ildə Cavanşir qəzasının Şıxavənd obasında anadan olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
İskəndərin dürdüncü oğlu Zal 1851-ci ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şixavənd obasında anadan olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Zalın Süleyman adlı oğlu vardı.
Süleyman Zal oğlu 1872-ci ildə Cavanşir qəzasının Şıxavənd obasında doğulmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
* * ***
Zalın qızı Gülüstan 1788-ci ildə Kolanı mahalının Şıxavənd obasında dünyaya zinət vеrmişdi.
Gülüstan Orucla ailə qurmuşdu. Nəsib, Yusif, Abbas adlı oğlanları, Balaxanım, Əsilyar adlı qızları vardı.
Orucun üçüncü oğlu Abbas 1828-ci ildə Kolanı mahalının Şıxavənd obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı idi. Onun Həmzə, Misirxan, Oruc adlı oğlanları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
