Azərbaycan Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində 2022-ci ilin ikinci yarısı üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb.
Layihə çərçivəsində həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstərilir.
Atmaca: Elə Əli Həsənovla, Vüqar Səfərli də eyni qəzetlərə yardım edirdilər. Guya dəyişən nəsə varmı? Bu cür addımlar ən azı medianın inkişafını hədəfləyən müsabiqə və ya tenderlə media bazarına bir «məhsul» kimi təklif edilməlidir. Papağı Əlinin, ya da Vəlinin başında olmasının elə bir fərqi yoxdur…
