İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən ömrünün 18 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən müharibə veteranları istefada olan mayor Cəniyev Qurbanxan Xanış oğlunun iyul ayının 3 də 62 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan Mayor Cəniyev Qurbanxan Xanış oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə Veteranı istefada olan Mayor Qurbanxan Caniyev 1960 — ci ildə uyun ayının 3-də Azərbaycan Respublikasının Salyan rayonun Xələc kəndində anadan olub.
1977 -ci ildə Salyan rayon təhsil İdarəsi üzrə Xələc kənd orta məktəbi, 1982 — ci ildə Azərbaycan Politexnik İnstitutunu ,1997 — cı ildə ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyim ilər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə kecirlən bir cox metodiki -təlim toplanışlarında, müvafiq kurslarda, xüsusi -taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak edib.
1982 — 1992 — ci illərdə Sovet Ordusunun Samara Vilayətində yerləşən hissələrində taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri, 1992 — 2000-ci illərdə isə DİN-in Daxili Qoşunların Bas İdarəsinin Binəqədi, Nərmanov, Füzuli və Xətai rayonlarında yerləşən hərbi hissələrdə böluk komandiri, tabor qərargahının rəisi, Alayın qərargah rəisinin müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Mayor Qurbanxan Caniyev 2002 -ci ildən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyin Abşoron və Ceyranbatan peşə litseyində müəllim işləyir.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib .Müharibə Veteranıdır.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş nişanları ilə, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
-» SSRİ Silahlı Qüvvələrin yaranmasının» 70 — illiyi yubiley medalı ilə;
— «Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN QURBANXAN
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev