AVMVİB Yardımlı rayon şöbəsi tədbirdə iştirak edib

2 İyul Azərbaycan Polisinin peşə bayramı və 104 illiyi ilə əlaqədar Yardımlı rayon polis şöbəsində tədbir keçirilmişdir.


Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində H.Əliyevin heykəli önünə gül dəstələri qoymuşlar.


Sonra Qarabağ müharibəsi şəhidi M. Mirzəyevin məzarı ziyarət edilmişdir.

Tədbir rayon polis şöbəsində davam etdirildi.


Tədbirdə polis əməkdaşları, İH-nin nümayəndəsi, rayon prokuroru, hərbi komissar, Vətən müharibəsi veteranları, polis veteranları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin üzvləri və sədri Mayılxan Əliyev iştirak ediblər.


Tədbirdə çıxışlar edilmiş, müharibə veteranları və polis veteranlarına Yardımlı rayonu Polis Şöbəsinin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunmuşdur.

E. Qədirov

Bu xəbəri paylaşın: