AVMVİB Naftalan şəhər şöbəsində təltif mərasimi keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Naftalan şəhər şöbəsi fəal üzvlərindən müharibə veteranları İlqar Tatar oğlu Bayramovu və Şahin Nüsrət oğlu Cavadovu AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Naftalan şəhər şöbəsinin sədri Əli Nəbizadə məlumat verib.


AVMVİB Naftalan şəhər şöbəsinin sədri Əli Nəbizadə təltif olunanları təbrik edib.


Təltif olunan müharibə veteranları göstərilən diqqət və qayğıya görə AVMVİB rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


Təbrik edirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: