Dualarımız sizinlədir, cənab polkovnik!

Bu gün aidiyyatlı qurumlar 60-64 yaşlı müharibə əlillərinin əlillik dərəcələrini kəsirlər ki, artıq sağalıblar. Bu nadanlığa imza atan həkimlərin hansı ölkənin xüsusi xidmət orqanlarına işlədiklərini yoxlamaq lazımdır.

Bu gün müharibə əlili olmayan qazi polkovnik Elmar Hüsenovun 30 il əvvəl döyüşlərdə aldığı travma onu gözdən əməliyyat masasına apardı. Yəni müalicə effekt vermədi və son çarə olaraq cərrahi əməliyyat keçirildi.

«Azərbaycan Bayrağı» ordenli, ehtiyatda olan polkovnik, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, onu müalicə edən və qayğıyla yanaşan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və tibbi personala öz minnətdarlığını bildirir.

Biz də qazimiz Elmar Hüseynova 87 minlik veteranlar ordusu adından şəfa diləyirik!

Dualarımız sizinlədir, cənab polkovnik!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: