AVMVİB Tərtər rayon şöbəsi tədbirdə iştirak edib

2 iyul 2022 ciil tarixində polis gününə həsr edilmiş Tərtər rayonunda Polis əməkdaşlarının iştirakı ilə tədbir keçrilmişdir.

Tədbirdə rayon icra hakimuyyəti, rayonun hüquq mühafizə orqanları, şəhid ailələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi üzvləri iştirak ediblər.

Tədbir Ümummilli Lder Heydər Əliyevin abidəsinin önünə gül qoymaqla ziyarətlə öz işinə başlamışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının DİN general polkovnik Vilayət Eyvazovun təbrik teleqramı oxunmuş mükafatlandırma əmri şəxsi heyyətin nəzərinə çatdırılmışdır.

AVMVİB Tərtər rayon şöbəsinin Fəxri fərmanı ilə rayon polis şöbəsinin rəsi cənab polkovnik Elçin Qasımov təlltif edilmişdir.

Tədbir konsert proqramı ilə yekunlaşmışdır.

Çingiz İsayev, AVMVİB Tərtər rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: