Özbəkistanın Qaraqalpaqıstan əyalətində 18 nəfər ölüb

Özbəkistanın Qaraqalpaqıstan əyalətində kütləvi iğtişaşlar zamanı 18 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aksiyalar nəticəsində, həmçinin 243 nəfər yaralanıb.

Bildirilir ki, yaralananlardan 38 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Qeyd edək ki, iyulun 1-dən etibarən Qaraqalpaqda kütləvi etirazlar keçirilir. Buna səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir. Analitiklər burada Rusiya məxfi xidmət orqanlarının əli olmasına əmindirlər. İki qardaş xalqı bir-birinə düşürməklə Qazaxstan variantını təkrarlamağa çalışdığı ortadadır.

Bu xəbəri paylaşın: