Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında öz dəst-xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən hörmətli veteranımız, polkovnik Rəsul Vəliyevin iyul ayının 5-də 54 yaşı tamam olur.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldığı orta və ali təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətlərdə, eləcə də dost-tanış, qohum-əqrəba arasında özünəlayiq hörmət qazanıb.
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik Vəliyev Rəsul Həmid oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş, ona sevinc dolu illər bəxş etsin və hər yeni gün isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Vəliyev Rəsul Həmid oğlu 1968-ci ilin iyul ayının 5-də Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kəndində anadan olub.
1988-ci illərdə Sovet ordusunun Vladiqafqazda və Əfqanıstanda yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1985-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kənd orta məktəbi, 1996-cı ildə Tbilisi şəhərində Cavaxanaşvili adına Dövlət Universitetinin hüquq fakultəsini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki-təlim toplanışlarda, xüsusi-taktiki təlimlərdə, kamando qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1991-ci illərdə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Naxçıvan şəhərində və Xətai rayonunda yerləşən hərbi hissədə sürücü-baş təlimatçı, 1992-2015-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində, Ağdam, Qaradağ, Nərimanov, Xətai və Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, ərzaq və əşya xidməti, hərbi hissə komandirinin maddi-texniki təminat xüdmətləri üzrə müavini vəzifələrində Vətənə, dövlətə və xalqa xidmət edib.
1991-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli) rayonları istiqamətində gedən döyüşlərində iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Daxili Qoşunların məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlərə görə» döş və yubiley nişanları ilə, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib. Həmçinin o, Əfqanıstan Respublikasında xidməti zamanı “Döyüş Xidmətlərinə görə” medalı ilə, “Əfqan Xalqından Təşəkkür” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
- “Döyüş Xidmətlərinə görə” medalı ilə; (1987)
- “Əfqan Xalqından Təşəkkür” medalı ilə təltif olunmuşdur. (1988)
- «Hərbi Xidmətlərə görə» medalı ilə;
- «Silahlı Qüvvələr Veteranı» medalı ilə;
- «Silahlı Qüvvələrin Yaranmasının 10 İlliyi” (1991-2001) yubiley medalı ilə;
- «Silahlı Qüvvələrin Yaranmasının 90 illiyi” (1918-2008) yubiley medalı ilə;
- «Silahlı Qüvvələrin yaranmasının 95 illiyi” (1918-2013) yubiley medalı ilə;
- «Qüsursuz Xidmətə görə 1-ci dərəcəli medalı ilə, Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
- «Qüsursuz Xidmətə görə» 2 dərəcəli medal ilə, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
- «Qüsursuz Xidmətə görə» 3 dərəcəli medal ilə, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
RƏSUL BƏY, 54 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN XOŞ GÜNLƏR YAŞATSIN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev










