Tanıyanlar Qazinin ailəsinə xəbər versinlər…

Gördüyünüz bu şəxs qazi, gizir Ceyhun Rüstəmovdur.

Kontuziya alıb, ordudan tərxis edilib, ona 3-cü qrup əlillik verilib.

Dünən küçədə gedərkən burnundan, qulağından qan açılıb, yaxinlıqdakı uşaqlar kömək ediblər, təcili tibb yardım çağırıblar, Sabunçu xəstəxanasına, reanimasiyaya yerləşdirilib.

Üzərində ancaq sənədləri və köhnə telefonu var, o da koda qoyulub, ailəsini tapa bilməyiblər.

Sənədlərə görə Tovuzun Yanıqlı kəndindəndir. Tibb bacısı onu xəstəxanaya aparan oğlana bildirib ki, gəlib lazım olan dərmanları alarsız.

Aidiyyəti şəxslərdən, rayon üzrə millət vəkillərindən xahiş edirəm ki, yardım edəsiniz, Sabunçudan hələ bir xəstə salamat çixmayıb.

Leyla Həsənova

Bu xəbəri paylaşın: