Ermənistan Prezidentinə «hədiyyə» gətirənlər Azərbaycan dilində «xiyar» qışqırdılar

Ermənistan Prezidentinin iqamətgahının qarşısına xiyar gətiriblər.

Konstitusiya günü Ermənistan Prezidentinin iqamətgahına gələn müxalifət tərəfdarları Vaaqn Xaçaturyan üçün “hədiyyə” olaraq xiyar qoyublar. Etirazçılar heç nəyə qarışmayan, daim susqunluq edən Ermənistanın indiki prezidentinin fəaliyyətini belə səciyyələndiriblər.

Bu, onun “yox” siyasətinin simvolu olduğunu və hərəkətlərinin bu tərəvəzdən heç bir fərqi olmadığını deyirlər.

Ən maraqlısı odur ki, aksiya iştirakçıları bir neçə dəfə Azərbaycan dilində “xiyar” sözünü səsləndiriblər.

Xuraman Etibarlı,

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: