Azkontakt MMC Beton zavodun direktor müavini Sadıqlı İbrahim Sadıq oğlu Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsi və AVMVİB Nəsimi rayon şöbəsi tərəfindən Fəxri fərmanla təlif olunub.
Şöbə sədrləri Elmar Hüseynov və Mərdan Ələsgərov bildirdilər ki, Azkontakt MMC beton zavodun əməkdaşları 44 günlük Vətən müharibəsində əsgərlərimizə maddi və mənəvi dəstək göstəriblər.
İbrahim Sadıq oğlu Sadıqlı 44 günlük Vətən müharibəsi günlərində və müxtəlif vaxtlarda Azərbaycan ordusu ilə daim təmasda olmuş vətənpərvərlərimizdəndir.
İbrahim Sadıqlı AVMVİB-nin ona göstərdiyi bu diqqətə görə öz minnətdarlığını bildirib.
Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqaməti olduğunu qeyd edib.
Şəhid ailələrinə və qazilərə qayğı göstərmək vətəndaşlıq borcumuz olduğunu bildirib.
Elnur Səlim
