Burdur və Isparta ərazini əhatə edən mədəniyyət, bir Ön Türk mədəniyyətidir. Bunu DNT testi və Ön Türk yazılarıyla sübut edə bilərik.
Ağlasun qəsəbəsində ortaya çıxan Sagalassos sivilizasiyasını açmaq üçün burada qazıntı aparan Belçikanın LEUVEN Katolik Universitetinin professorlarından biri olan Prof.Dr. Matc WAELKENS bu qazıntı zamanı tapılan sümüklərin DNT-sini test edərkən bu sümüklərdən alınan nəticələr, indi də bu qəsəbə sakinləri ilə eyni olduğunu üzə çıxardı.
Buna görə də bu diyarın əsas xalqı Ön Türkdən xalqıdır; Google bu qazıntılardan danışır, amma bu böyük elmi nəticələrdən iisə söz etmir.
Bildiyimiz ikinci elmi həqiqət, bu qazıntılar zamanı ortaya çıxan qədim Ön Türkcə olan kitabələrdir. Bilim- Ütopya jurnalı tərəfindən nəşr edilmişdir. Ancaq düşünürəm ki, Kazım Mirşan bu yazılar barədə xəbər tutmayıb.
Yazılarla bağlı bir nümunə verə bilərəm:
Şəkildə gördüyünüz frizləri bəzəyən şəkillər yan- yana üç sətir «kişi» mənasını verən «OĞ» kimi oxunur. Yanındakı yuvarlaq bir rəqəm OÑ (ong) oxunur, bu da Tanrıya ərmiş adam deməkdir, «Tanrıya bağlı (beldesindən asılmış) xalq deməkdir ”. Burada, «Tanrının beldesindən asılmış olmaq», ölümsüzlüyə qovuşmaq, yenidən yer üzünə gəlmək deməkdir.
Qısacası, deyə bilərik ki, bu söz, «Tanrıya qovuşmağı (ərməyi) bacaran səmavi xalq” anlamı daşıyır. Buna görə də səmavi xalqın yaşadığı torpaqlar müqəddəs torpaqlardır. Tanrıya inanan Ön Türk xalqını bu torpaqlarda, bu torpaqların əsas sahibinə, uzun illər sonra xəyanət etmiş olan adam olaraq boynundan xəyanətkar kimi bir lövhə asmaq ən doğru addım olardı.
Uğurlar diləyirəm.
Haluq Tarcan (CNRS — Sorbonne 6-cı bölüm — Paris)
Aşağıda DNT testinin mənbəyini təqdim edirəm:
1989-cu ildə qədim Sagalassos şəhərinin qazıntı işlərinə Prof.Dr. Matc Waelkens başladı.1996-cı ildə işçilər şəhərin aqorasında bir skelet tapdılar. Bölgədəki ilk insan izlərinin eramızdan əvvəl 12-mininci ilə aid olduğu məlum idi. Tapılan skelet isə 3 min il öncəyə aiddi. Qazıntı işçiləri, «Bu bizim əcdadımızdır» deyərək öz aralarında zarafat edərkən qazıntı heyəti başçısı Dr. Waelkens bu zarafatı ciddiyə alır və işçilərdən saç nümunələri götürərək DNT analizi üçün Belçikaya göndərir.
Nəticədə, işçilərin DNT-si və skeletin DNT-si eyni olduğu üzə çıxdı.
Əli Toprak, Əhməd Şimşək, Rəcəb Dolutaş, Kafer Savaş, Gürsel Coşkun, Mehmet Kurt, Ramazan Onac, Ömər Ot, Mustafa Kavak, İbrahim Altinok, Ali Sak, Mehmet Altinok, Osman Aynali, Ömər Akıncı, qazıntı gözətçisi Seref Bozkurtun 3 min illik skeletlə, yaxın, uzaq qohumlar olmaları müəyyəndirildi.
İndi Ağlasunlular, «3000 il əvvəl bu şəhəri quran bizim əcdadlarımız imiş» deyirlər.
2002-ci ildə nəşr olunan ilk kitabımda Ön Türkcə kitabələrin mövcudluğunu qeyd etmişdim və şəhərin Ön Türk mədəniyyətinə aid olmasını təklif etdim. Bu düşüncənin doğru olduğu və qan əlaqəsi olduğu ortaya çıxdı. Sagalassosun DNA yolu ilə Ön Türk şəhəri olaraq ortaya çıxması Anadolunun alt mədəniyyətində Ön Türk mədəniyyətinin mövcudluğunu sübut edən bir elmi tapıntıdır.
P.S. Öz sak tariximizə sahib çıxmalıyıq…